"Bu gün bütün ürəyimlə azərbaycanlıyam" - Nikola Yurçeviç


İdman 10 Sen 2019 10:11:00 40 0

"Bu gün bütün ürəyimlə azərbaycanlıyam" - Nikola Yurçeviç

"Nəticəyə və komandamın çıxışına görə xoşbəxtəm. Oyunçularımızla qürur duyuram. Heyətində ulduzlar olan dünya ikincisinə qarşı oynadıq. Azarkeşlərə təşəkkür edirəm. Xüsusilə də ikinci hissədə bizə verdikləri dəstək möhtəşəm idi".

Goal.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı bərabərlikdən sonra təşkil edilən mətbuat konfransında söyləyib.

53 yaşlı xorvatiyalı mütəxəssisin sözlərinə görə, müsbət nəticəyə görə çox sevinclidirlər:

"Mən xorvatam, amma bu gün bütün ürəyimlə azərbaycanlıyam. Son vaxtlar yaxşı oyuna rəğmən nəticə qazan bilmirdik. Amma bu gün bunu bacardıq. Bütün heyət və azarkeşlər bu sevincə layiq idi. Emosionalam, bir az danışmaqda çətinlik çəkirəm".

Yurçeviç Azərbaycan millisinin qarşısında iki yol olduğunu deyib:

"Tənqid üçün açığam. Başqa oyunçularla daha yaxşı nəticə qazanmaq olardı, ya olmazdı - bunu demək olmaz. Həqiqətən də Macarıstan və Slovakiyaya qarşı zəif çıxış etdik. Əsas problemimiz fiziki hazırlığın aşağı olmasıdır. Bu gün iki yolumuz var. Birincisi, nəyin bahasına olur-olsun nəticə qazanmaq. İkincisi, gələcəyi düşünmək. Bu gün Ramil Şeydayev, Ömər Buludov, Anton Krivotsyuk, Mahir Emreli, Renat Dadaşov və digər gənclərimiz var. Onlar gələcəkdə komandanın özəyini təşkil edəcəklər".

Baş məşqçi qapıçı Emil Balayevin çıxışını möhtəşəm adlandırıb:

"Bu gün Balayevin etdikləri mükəmməl idi. Xüsusən də oyunun əvvəlində inanılmaz işlər gördü, komandanın köməyinə çatdı. Gələn oyunlardan nə gözləyək? Bu gün favoritlərə qarşı oynayırıq. Belə halda meydanda 10 yaxşı, 1 nəfər isə əla oyunçunuz olmalıdır ki, ağılagəlməzləri etsin. Bu gün həmin oyunçu Balayev idi. Emin Mahmudovu da çox bəyənirəm. Amma biz balansı da gözləməliyik. Emini daha çox pleymeyker kimi görürəm. Amma bu gün biz nə qədər topla oynayacaqdıq. Almeyda zədəli olmasaydı, meydana buraxardım".

Xorvatiyalı mütəxəssis mətbuatı gənc futbolçulara dəstək olmağa səsləyib:

"Planımız təkcə ürəklə yox, ağılla oynayan futbolçulara sahib olmaqdır. Top səviyyəli, bu iki xüsusiyyətin cəmləşdiyi futbolçu yetişdirmək çətindir. Top-komandalara qarşı oynayırsansa, səhvlər də olacaq. Sizlərdən xahişim odur ki, Rahil Məmmədov, Bəhlul Musatafazadə kimi futbolçulara dəstək olasınız. Bəzən potensial bəs etmir, gərək şans da verəsən. Renat Dadaşovu meydana buraxanda, bunu fərqli qarşılayanlar oldu. Amma o, bir müddət əvvəl İngiltərə Premyer Liqasında çıxış edən "Vulverhempton"a keçdi. Demək ki, onun qabında nəsə var".

Yurçeviç "xorvatiyalı olduğunuz üçün həmyerlilərinizə qarşı daha yaxşı hazırlaşmışdınız" sualına belə cavab verib:

"Bəlkə də, səbəblərdən biri budur. Xorvatiyanın mentalitetini bilməyim üstünlükdür. Slovakiya və Macarıstana qarşı da mümkün qədər yaxşı hazırlaşmışdıq. Biz xüsusilə slovakların üstünlüyünü bilirdik ki, standart vəziyyətlərdə güclüdülər. Bizim belə oyunçularımız var, ancaq bəs etmir. Əvvəl də demişdim ki, Slovakiyadan ikinci qolu buraxdıqdan sonra geridönüş çətin idi. Fərq az olanda oyuna qayıtmaq daha asan olur. Bu gün də bunu gördük. Qol buraxdıqdan sonra bərabərlik qolunu vurduq, qələbə üçün də çalışdıq. Bir səhv həlledici ola bilir".

(report)

Məşhur aktyorun ACI GÜNÜ like
  • 10 Sen 10:08  
Dünya Məşhur aktyorun ACI GÜNÜ

Məşhur türk aktyoru Müfit Can Saçıntının 74 yaşlı atası Muhittin Saç

arrow Ətraflı
Tramp saçlarını ələ salanlara cavab verdi like
  • 10 Sen 10:05  
Digərləri Tramp saçlarını ələ salanlara cavab verdi

ABŞ Prezidenti Donald Tramp onun saçlarını ələ salanlara cavab verib

arrow Ətraflı
Uşaq bağçaları ilə bağlı komissiya yaradıldı - Bağçalar yoxlanılacaq like
  • 10 Sen 09:56  
Digərləri Uşaq bağçaları ilə bağlı komissiya yaradıldı - Bağçalar yoxlanılacaq

Paytaxtda uşaq bağçalarında qışa hazırlıqla bağlı yoxlamalar aparılı

arrow Ətraflı
Saat 09:00a qədər 518 nəfər qan verib, like
  • 10 Sen 09:50  
Digərləri Saat 09:00a qədər 518 nəfər qan verib,

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığ

arrow Ətraflı
"Qırmızı körpü" bərpadan sonra belə olacaq (FOTO) like
  • 10 Sen 09:45  
Digərləri "Qırmızı körpü" bərpadan sonra belə olacaq (FOTO)

Ötən ilin əvvəllərindən bərpa olunan XII əsrə aid "Sınıq körpü"nün

arrow Ətraflı
Cəbhədən YENİ XƏBƏR like
  • 10 Sen 09:45  
Siyasət Cəbhədən YENİ XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Azad Rəhimov Strasburqa gedib  FOTO like
  • 10 Sen 09:39  
Digərləri Azad Rəhimov Strasburqa gedib FOTO

Strasburqda işgüzar səfərdə olan Azərbaycan Respublikasının gənclər v

arrow Ətraflı
Baş prokuror Qəbələ və Oğuz rayon sakinlərinin qəbulunu keçirəcək like
  • 10 Sen 09:38  
Digərləri Baş prokuror Qəbələ və Oğuz rayon sakinlərinin qəbulunu keçirəcək

Baş prokuror Zakir Qaralov cari il sentyabrın 13-də saat 10:00-da Qəbələ r

arrow Ətraflı
Saat 09:00-a qədər 518 nəfər qan verib, 233 litr qan tədarük olunub like
  • 10 Sen 09:33  
Digərləri Saat 09:00-a qədər 518 nəfər qan verib, 233 litr qan tədarük olunub

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığ

arrow Ətraflı
Bu dövlət qulluqçularının maaşlarının məbləğləri təsdiq edildi like
  • 10 Sen 09:33  
Digərləri Bu dövlət qulluqçularının maaşlarının məbləğləri təsdiq edildi

Nazirlər Kabineti (NK) "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafi

arrow Ətraflı
Atəşkəs 23 dəfə pozulub like
  • 10 Sen 09:30  
Digərləri Atəşkəs 23 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
İkinci oyun günündə 4 qrupda 10 matç baş tutub like
  • 10 Sen 09:30  
İdman İkinci oyun günündə 4 qrupda 10 matç baş tutub

Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində VI turun

arrow Ətraflı
Ağstafada əl qumbarası tapıldı  FOTO like
  • 10 Sen 09:27  
Digərləri Ağstafada əl qumbarası tapıldı FOTO

Ağstafa rayonunun Ağgöl kəndi ərazisində əl qumbarası tapılıb.

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 10 Sen 09:22  
Digərləri Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 10 sentyabr tarixindən etibarən valyuta məzənn

arrow Ətraflı