İkinci oyun günündə 4 qrupda 10 matç baş tutub
İdman 10 Sen 2019 09:30:00 75 0
Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində VI turun növbəti görüşləri keçirilib.
Goal.az xəbər verir ki, turun ikinci oyun günündə 4 qrupda 10 matç baş tutub.
Gecənin mərkəzi görüşü C qrupunda Şimali İrlandiya və Almaniya milliləri arasında olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 12-yə çatdıran Bundestim britaniyalılarla xallarını bərabərləşdirib və daha üstün göstərici ilə ilk pilləyə qalxıb.
E qrupunda lider Macarıstan ötən tur evdə Xorvatiyaya böyük hesabla uduzmuş Slovakiyanı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Dünya vitse-çempionları ilə heç-heçə sayəsində ilk xalını qazanan Azərbaycan növbəti mərhələ şansını nəzəri də olsa, saxlayıb.
G qrupunun mərkəzi görüşü Polşa və Avstriya yığmaları arasında keçirilib. Görüş qolsuz yekunlaşıb.
Ümumilikdə 10 oyundan 3-də qapılara 4 cavabsız top vurulub. Həmin qələbələrə Hollandiya, Belçika və Kipr imza atıb.
AVRO-2020
Seçmə mərhələ, VI tur
C qrupu
22:45. Şimali İrlandiya - Almaniya - 0:2
Qol: Marsel Halştenberq, 48. Serge Qnabri, 90+3
22:45. Estoniya - Hollandiya - 0:4
Qollar: Rayan Babel, 17; 48. Memfis Depay, 76. Jorjinyo Veynaldum, 87
Xal durumu: Almaniya - 12 xal (5 oyuna), Şimali İrlandiya - 12 (5), Hollandiya - 9 (4), Belarus - 3 (5), Estoniya - 0 (5).
E qrupu
20:00. Azərbaycan - Xorvatiya - 1:1
Qollar: Təmkin Xəlilzadə, 72 - Luka Modriç, 11 (pen.)
22:45. Macarıstan - Slovakiya - 1:2
Qollar: Dominik Soboslay, 50 - Robert Mak, 40. Robert Bojenik, 56
Xal durumu: Xorvatiya - 10 xal (5 oyuna), Slovakiya - 9 (5), Macarıstan - 9 (5), Uels - 6 (4), Azərbaycan - 1 (5).
G qrupu
22:45. Sloveniya - İsrail - 3:2
Qollar: Benjamin Verbiç, 43; 90. Roman Bezyak, 66 - Bibras Natxo, 50. Eran Zahavi, 63
22:45. Polşa - Avstriya - 0:0
22:45. Latviya - Şimali Makedoniya - 0:2
Qollar: Qoran Pandev, 14. Enis Bardi, 17
Xal durumu: Polşa - 13 xal (6 oyuna), Sloveniya - 11 (6), Avstriya - 10 (6), Şimali Makedoniya - 8 (6), İsrail - 8 (6), Latviya - 0 (6).
I qrupu
22:45. Şotlandiya - Belçika - 0:4
Qollar: Romelu Lukaku, 9. Tomas Vermalen, 24. Tobi Alderveyreld, 32. Kevin De Bruyne, 82
22:45. San Marino - Kipr - 0:4
Qollar: Yannis Kusulos, 2; 73. Fotis Papulis, 39. Kostakis Artimatas, 75
22:45. Rusiya - Qazaxıstan - 1:0
Qol: Mario Fernandes, 89
Xal durumu: Belçika - 18 xal (6 oyuna), Rusiya - 15 (6), Qazaxıstan - 7 (6), Kipr - 7 (6), Şotlandiya - 6 (6), San Marino - 0 (6).
Ağstafa rayonunun Ağgöl kəndi ərazisində əl qumbarası tapılıb.

Nazirlər Kabineti “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidm

Azərbaycan Mərkəzi Bankı 10 sentyabr tarixindən etibarən valyuta məzənn

Ağstafa rayonunun Ağgöl kəndi ərazisində əl qumbarası tapılıb.

Azərbaycanda müəllimlərin dərs yükü normaları dəyişdirilib.

Azərbaycanda müəllimlərin dərs yükü normaları dəyişdirilib.

Bu gündən 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil

Bakının Xəzər rayonunda döyülmə hadisəsi baş verib.

İnternet şəbəkə informatoru Mukul Şarma Amazon India mağazasında One Plu

ABŞ, Şimali Koreyanın mərmilərinin atılması xəbərləri ilə əlaqədar

Cənubi koreya, Şimali koreyanın yeni raket sınağları ilə əlaqədər çox

Elektrik enerjisi ilə işləyən avtomobillər kateqoriyasına artıq elektrik

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.
