ABŞ 1750 nüvə başlığını aktiv hala gətirdi


Digərləri 10 Sen 2019 08:25:00 271 0

ABŞ 1750 nüvə başlığını aktiv hala gətirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "birilərinin əlində nüvə başlıqlı raket var, bir deyil, iki deyil... Amma mənim əlimdə nüvə başlıqlı raket yoxdur. Mən bunu qəbul etmirəm. Hazırda dünyanın inkişaf etmiş ölkələrində, haradasa, nüvə başlıqlı raketi olmayan ölkə yoxdur" çıxışından sonra dünyanın diqqəti bir daha nüvə başlıqlı silahlara sahib olan ölkələrə yönəlib.

Son.az chip.az-a istinadən bildirir ki, hazırda sadəcə 9 ölkə nüvə başlıqlı raketlərə sahibdir.

II Dünya Müharibəsində qələbə çalan və Birləşmiş Millətlər Təşkilatının daimi üzvləri olan ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin beynəlxalq razılaşmalara əsasən nüvə silahına sahib olma haqqı əldə edib.

Daha sonra Hindistan, Pakistan və Şimali Koreya da nüvə silahı istehsal edən ölkələr siyahısına daxil olub. Şimali Koreyanın nüvə başlıqları daşıya biləcək uzunmənzilli ballistik raket istehsal etmə cəhdləri bir müddət dünya gündəminin əsas materalı oldu. Buna görə ABŞ və Şimali Koreya hərbi münaqişənin bir addımlığına qədər gəlib çıxdı.

Daha əvvəl Cənubi Afrika da müəyyən sayda nüvə bombası istehsal etməyi bacarmış, lakin ölkənin demokratiyaya keçid etməsilə birlikdə bu silahlar yox edilmişdi.

Bütün xarici qaynaqlar İsrailin nüvə silahı sahibi dövlət olduğunu və yüzlərlə nüvə silahından ibarət arsenala mailk olduğunu təxmin edir. İsrail dövləti isə bu mövzuda "sirr siyasəti" yürüdür. İsrail nüvə silahına sahib olduğunu rəsmi şəkildə nə təsdiq, nə də təkzib edir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu aprel ayında bir hesabat yayımlayaraq dünyadakı nüvə silahı sayını açıqlamışdı. Bu hesabata görə, 2019-cu ilin əvvəlində 9 ölkənin əlində 13 min 865 nüvə başlığı vardı. Bu rəqəm 2018-ci ildə 14 min 465 səviyyəsində idi.

(adsgarden = window.adsgarden || []).push({});