“Sony Xperia 5” adlı qabaqcıl smartfon təqdim edilib


Digərləri 10 Sen 2019 08:01:00 257 0

“Sony Xperia 5” adlı qabaqcıl smartfon təqdim edilib

"Sony" şirkəti "OLED" displey və "Alpha ILC" texnologiyası əsasında hazırlanmış 3 qat fotomodulla təchiz edilmiş "Xperia 5" qabaqcıl smartfonunu təqdim edib. Yeni aparat Berlində keçirilən "IFA 2019" sərgisi çərçivəsində təqdim edilib.

Son.az ICTnews-a istinadən bildirir ki,  yeni aparat "Xperia 1" cihazına çox oxşardır, yalnız daha yığcamdır. Ekranın diaqonalı 6,5-dən 6,1 düym, korpusun eni isə 72-dən 68 mm-dək kiçildilib.

"Xperia 5" smartfonu "Snapdragon 855" qabaqcıl prosessoru, 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili yaddaşla təchiz edilib. Batareyanın tutumu 3140 milliamper/saat təşkil edir. Qurğuya bir yaxud iki SİM-kart və tutumu 512 QB-dək olan yaddaş kartı yerləşdirmək mümkündür. Həmçinin "Dolby Atmos" tutumlu səslənmə texnologiyası reallaşdırılıb.

"Xperia 5" smartfonunun fotomodulu göz üzrə avtofokuslama funksiyasına malik 12 meqapiksellik (f/1,6) sensor, 12 mp-lik zum obyektiv (f/2,4) və 135 dərəcə baxış bucağına malik genişbucaqlı kameradan ibarətdir. Birinci iki kamera optik, sonuncu isə elektron sabitləşmə texnologiyasını dəstəkləyir.

(adsgarden = window.adsgarden || []).push({});