Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq


Digərləri 10 Sen 2019 07:51:00 276 0

Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq

"IDC" analitik şirkəti yaxın illərdə süni intellekt sistemləri üçün qlobal xərclərin artmaqda davam edəcəyini proqnozlaşdırır.

Son.az ICTnews-a istinadən bildirir ki,  yenilənmiş qiymətləndirməyə görə, 2019-cu ildə dünyada süni intellekt sistemlərinə 37,5 milyard dollar xərclənəcək, 2023-cü ildə göstərici 2,5 dəfədən çox artaraq 97,9 milyard dollara çatacaq. Bunu nəzərə alaraq hesabat dövründə bazarın ortaillik artım tempi (CAGR) 28,4 faiz təşkil edəcək.

Süni intellektə daha çox ABŞ vəsait sərf edəcək - süni intellekt xərcləri üçün proqnozlaşdırılan bütün xərclərin yarısı bu ölkənin payına düşəcək. Qərbi Avropa ikinci yeri tutacaq, Çin isə böyüklüyünə görə dünyanın üçüncü ən böyük süni intellekt bazarı olacaq. Dinamikaya gəldikdə, yaxın beş il ərzində süni intellekt xərcləri Yaponiyada daha sürətlə artacaq - orta hesabla 45,3 faiz. Təxminən eyni (44,9 faiz) "CAGR" göstəricisi Çində də gözlənilir.

"Süni intellekt və kompüter təlimi bu gün əksər təşkilatlarda prioritet təşkil edir. "IDC" ehtimal edir ki, yaxın onillikdə bu texnologiya bir sıra sahələrdə köklü dəyişikliklərə səbəb olacaq", - tədqiqatda qeyd olunur.

Pərakəndə satış və bank işi süni intellekt sistemləri üçün xərclərə görə lider sahələr olacaq. Proqnoza görə, 2019-cu ildə qeyd edilən sahələr üzrə süni intellekt xərcləri 5 milyard dolları ötəcək.

(adsgarden = window.adsgarden || []).push({});