Bakıda itkin düşən 43 yaşlı ruhi xəstə tapıldı


Digərləri 10 Sen 2019 07:03:47 218 0

Bakıda itkin düşən 43 yaşlı ruhi xəstə tapıldı

Bakıda itkin düşən şəxs tapılıb.

Bakı. Samir Əli - Bakıda itkin düşən şəxs tapılıb. Trend-in məlumatına görə, Səbail rayonu, V.Muradov küçəsi, ev 102 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Qarayev Keyvan Süleyman oğlu sentyabrın 2-də axşam saatlarında çayxanaya getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o tapılaraq ailəsinə təhvil verilib.