Tramp, Ruhani ilə görüşünü istisna etmədiyini təsdiqlədi


Digərləri 10 Sen 2019 01:37:00 229 0

Tramp, Ruhani ilə görüşünü istisna etmədiyini təsdiqlədi

ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Iran lideri Həsən Ruhani ilə görüşün keçirilməsi haqda mümkünlüyünü istisna etmir

ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Iran lideri Həsən Ruhani ilə görüşün keçirilməsi haqda mümkünlüyünü istisna etmir. Trend-in məlumatına görə, Tramp bu sözləri Şimali Karolinaya uçmazdan əvvəl Ağ evin cənubi çəmənlik hissəsində jurnalistlərə bildirib: "Bu baş verə bilər. Heç bir problem yoxdur. İran hər şeyi qaydasına salmalıdır, çünki düzünü desək, onlar çox pis vəziyyətdədirlər" ,Trump qeyd edib. Ötən həftə Amerika prezidenti sentyabr ayının sonlarında BMT-nin Baş Assambleyasının ümumi müzakirəsi çərçivəsində Ruhani ilə görüşün keçirilməsi haqda ehtimalın böyük olduğunu bildirib.