Gəyirmənin səbəbi və qarşısını almaq metodları


Digərləri 09 Sen 2019 23:34:00 780 0

Gəyirmənin səbəbi və qarşısını almaq metodları

Gəyirmə mədədən və yemək borusundan qazın ağız boşluğu vasitəsilə, bəzən mədə möhtəviyyatının qarışığı ilə birlikdə özbaşına qəfildən çıxmasıdır. Qaz hava düşməsi nəticəsində mədədə toplanır. Sistematik olaraq təkrarlanan gurultulu gəyirmə çoxlu qaz udanda və isteriyada müşahidə edilir.

Son.az medicina.az-a istinadən bildirir ki, tez-tez baş verən gəyirmə qastrit, xora xəstəliyi və digər mədə xəstəliklərinin, həmçinin qaraciyər, öd kisəsi və kor bağırsaq xəstəliklərinin əlaməti ola bilər. Turş gəyirmə bəzən mədə şirəsinin yüksək turşuluğundan xəbər verir. Acı gəyirmə ödün onikibarmaq bağırsaqdan mədəyə keçməsi nəticəsində meydana gəlir. 

Lax yumurta qoxusu verən çürüntülü gəyirmə hidrogen-sulfidin ayrılıb çıxmasını göstərir və bu, mədədə qida kütlələrinin uzun müddət qalması nəticəsində əmələ gəlir. Həmin hal mədə çıxacağının daralması zamanı baş verir. Çürüntülü boş gəyirmə orqanizmin nevrotik vəziyyətinin təzahürü kimi özünü göstərir.

Gəyirməyə qarşı slavyan xalq təbabətində keçi südündən istifadə olunur. Hər gün səhər, günorta və axşam yeməkdən əvvəl yarım litr keçi südü içiləndə müalicənin üçüncü ayının axırında, bəzən bundan da tez gəyirmə yox olur.

4-6 damcı qərənfil yağının qəndin üzərinə damızdırılıb gündə bir-iki dəfə qəbul edilməsi gəyirmənin qarşısını alır.

(adsgarden = window.adsgarden || []).push({});