Hörümçək toru əsasında yeni biokompozit hazırlanıb


Digərləri 09 Sen 2019 23:39:00 338 0

Hörümçək toru əsasında yeni biokompozit hazırlanıb

Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları, Mexanika və Optika Universitetinin və İsveçin SLU Universitetinin alimlərinin birgə araşdırmaları nəticəsində təbii hörümçək torunun proteinləri və optik aktiv nanohissəciklər əsasında yeni biokompozit hazırlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, materialın əsas üstünlüyü onda təbii ipək lifləri və qeyri-üzvi sintetik hissəciklər birləşməsinin olmasıdır.

Unikal mexaniki xüsusiyyətlərə malik biokompozit yaxın infraqırmızı diapazonda təhrik zamanı optik cavab verə bildiyindən ondan biotibb sahəsində də istifadə etmək mümkündür.

(adsgarden = window.adsgarden || []).push({});