Lənkəranda su quyusundan qədim əşyalar aşkarlandı


Digərləri 09 Sen 2019 22:53:00 79 0

Lənkəranda su quyusundan qədim əşyalar aşkarlandı

Lənkəranın Sütəmurdov kəndində həyətyanı sahədə su quyusundan qədim maddi-mədəniyyət nümunələri aşkar edilib. Tapıntıların tədqiqi üçün AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə müraciət olunub.

Son.az Trend-ə istinadən bildirir ki, Mərkəzin əməkdaşları quyuya baxış keçiriblər. Təqribən eni 1, dərinliyi 5 metr olan quyunun profilində qalınlığı 3 metrdən yuxarı olan mədəni təbəqə aşkarlanıb. Tapıntının orta əsrlərə aid olduğu müəyyən edilib.

Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi, a.ü.f.d. Samir Kərimov aşkarlanan materialların 2 qrupa ayrıldığını bildirib. Alimin sözlərinə görə, birinci qrup şirsiz saxsı məmulatıdır. Bunlar orta tutumlu küplər və işıqlandırma vasitələri olan çıraqlardır ki, onlar da əsasən məişətdə istifadə olunub. İkinci qrup saxsı qalığı isə əsasən şirli saxsı məmulatından ibarətdir. Həmin şirli saxsı məmulatının tədqiqi burada XII-XIII əsrlərə aid qalın mədəni təbəqəyə malik yaşayış yerinin mövcud olduğunu göstərir.

Mütəxəssisin rəyinə görə, yanğın izləri, saxsı qırıntıları, kömür qalıqları və qalın kül qatı sübut edir ki, hələ ta keçmişdən burada intensiv həyat olub. Sonralar abidənin üzərində kənd yaşayış yeri salındığından mədəni təbəqə qismən də olsa, dağıntılara məruz qalıb.

Samir Kərimov əlavə edib ki, bu abidəni Sütəmurdov yaşayış yeri kimi də xarakterizə etmək olar. Tapıntı yeri Lənkəran çayının sahilindən təqribən 700-800 metr aralıda yerləşir. Hələ 2017-ci ildə qonşu Velədi kəndində də orta əsrlərə aid bu cür yaşayış yeri aşkar edilib. Saxsı məmulatının analizi bu iki yaşayış yeri arasında bənzərliyin olduğunu göstərir.

(adsgarden = window.adsgarden || []).push({});
Ölkənin qızıl-gümüş bazarı yenə ucuzlaşdı like
  • 09 Sen 22:50  
Digərləri Ölkənin qızıl-gümüş bazarı yenə ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

arrow Ətraflı
Hülya Avşarın 30 illik sirri like
  • 09 Sen 22:47  
Digərləri Hülya Avşarın 30 illik sirri

Türkiyəli aktrisa və müğənnni Hülya Avşarın 30 ildir sirr kimi saxladı

arrow Ətraflı
Dünyanın ən bahalı göyərçininə rəqib gəlir like
  • 09 Sen 22:41  
Digərləri Dünyanın ən bahalı göyərçininə rəqib gəlir

Belçikada hərracda 1 milyon 252 min avroya satılan dünyanın ən bahalı gö

arrow Ətraflı
Ağızdan pis qoxu gəlməsinin qarşısını alan 2 TƏBİİ ÜSUL like
  • 09 Sen 22:35  
Digərləri Ağızdan pis qoxu gəlməsinin qarşısını alan 2 TƏBİİ ÜSUL

Bir çox insan ağızdan pis qoxu gəlməsindən əziyyət çəkir. Bu, həm on

arrow Ətraflı
Avro 2020: Azərbaycan Xorvatiya ilə heç hecə oynadı like
  • 09 Sen 22:34  
Digərləri Avro 2020: Azərbaycan Xorvatiya ilə heç hecə oynadı

Bu gün Bakıdakı "Baksel Arena" stadionunda Azərbaycan və Xorvatiya milli ko

arrow Ətraflı
İngiltərədə qadın ağacla nikah bağladı like
  • 09 Sen 22:29  
Digərləri İngiltərədə qadın ağacla nikah bağladı

Böyük Britaniyanın Liverpul şəhərində 34 yaşlı qadın kəndalaş ağac

arrow Ətraflı
Hər gün bir ədəd çiy düyü udsanız...  TƏSİRLƏRİNƏ İNANMAYACAQSINIZ like
  • 09 Sen 22:26  
Digərləri Hər gün bir ədəd çiy düyü udsanız... TƏSİRLƏRİNƏ İNANMAYACAQSINIZ

Hərgün bir ədəd düyü udasanız iştahanızı nəzarətə götürə bilərs

arrow Ətraflı
Kraliçadan “Brexit”lə bağlı qadağa like
  • 09 Sen 22:23  
Dünya Kraliçadan “Brexit”lə bağlı qadağa

Böyük Britaniya kraliçası II Yelizaveta Avropa Birliyi ilə hər hansı yeni

arrow Ətraflı