Gül suyu ilə dəri problemlərinizdən qurtulun


Digərləri 09 Sen 2019 23:02:00 331 0

Gül suyu ilə dəri problemlərinizdən qurtulun

Gül suyu üz üçün faydalı olan təbii vasitələrdən sayılır.

Son.az medicina.az-a istinadən bildirir ki, dəri yaşlaşmasının qarşısının alınmasında, alt qatlara daxil olaraq oradakı piy və çirki təmizləməkdə onun müstəsna əhəmiyyəti var. O, pilinqdən sonra üzdəki gərginliyi, quruluğu və qaşıntını aradan qaldırır, üzdə yaranmış qızartını götürür, simanı canlı və parlaq göstərir.

Gül suyu üzdəki civzələri aradan qaldırır. Makiyajdan əvvəl üzə vurulması simanın daha təbii və qüsursuz görünməsini təmin edir, gözaltı torbaları və şişkinliyi aradan qaldırır.

(adsgarden = window.adsgarden || []).push({});