Yüksək təzyiqdən əziyyət çəkənlərin ƏN TƏHLÜKƏLİ SƏHVLƏRİ Məşhur kardioloq izah edir


Digərləri 09 Sen 2019 22:32:00 298 0

Yüksək təzyiqdən əziyyət çəkənlərin ƏN TƏHLÜKƏLİ SƏHVLƏRİ  Məşhur kardioloq izah edir

Tanınmış rusiyalı həkim-kardioloq, "O samom qlavnom" televiziya verilişinin aparıcısı Aleksandr  Myasnikov hipertoniyadan əziyyət çəkən insanların ən təhlükəli səhvləri açıqlayıb.

Həkim qeyd edir ki, bu səhvlər hipertoniklərin həyatını xeyli qısaldır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, 2018-ci ildə ABŞ və Avropada normal arterial təzyiqin normaları dəyişdirilib. Bundan sonra yaşdan asılı olmayaraq böyüklərdə normal arterial təzyiq 119/79 mm c.st. qədər sayılacaq.

120/80 - hipertoniya önü

130/80 - 1-ci dərəcəli hipertoniya

140/90 və daha çox - 2-ci dərəcəli hipertoniya

Normalar nə üçün dəyişdirilib? Həkimlərin müşahidələrinə görə, arterial təzyiqin hətta yüngül qalxması insanlarda infarkt, insult və ani ölümün riskini artırır.

Myasnikovun sözlərinə görə, 1-ci dərəcəli hipertoniya zamanı insan artıq diqqətli olmalı və bəzi tədbirlər görməlidir ki, xəstəlik ağırlaşmasın. Bunun üçün qidalanmada duzun miqdarını azaltmaq, artıq çəki varsa arıqlamaq, pis vərdişlərdən imtina etmək, fiziki aktivliyini artırmaq lazımdır. Bir çox hallarda məhz bu sadə qaydalar təzyiqi normada saxlamağa yardım edir.

(adsgarden = window.adsgarden || []).push({});