İran mədən maddələrinin ixracına rüsum tətbiq edəcək


Dünya 09 Sen 2019 21:45:00 263 0

İran mədən maddələrinin ixracına rüsum tətbiq edəcək

İranda 23 sentyabrdan başlayaraq mədən maddələrinin xam şəkildə ixracına 20-25% rüsum tətbiq ediləcək. Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Cəfər Sərqeyni deyib.

Bu barədə Trend Shata-ya istinadən məlumat verib.

C.Sərqeyninin sözlərinə görə, metal filizi (iron ore) konsentratı və qranuluna da 25% rüsum tətbiq ediləcək. Sərqeyni əlavə edib ki, bu qərar mədən maddələrinin xam şəkildə qarşısını almaq və əlavə dəyəri artırmaq istiqamətində verilib. Nazir müavini qərarın daxili istehsala dəstək olacağını deyib.