Gerçəkdənmi daha yaxşısını edə bilmərəm?!


Digərləri 09 Sen 2019 20:34:00 242 0

Gerçəkdənmi daha yaxşısını edə bilmərəm?!

Əvvəlcə fəlsəfədən başlayaq. Tanrının olmadığına inanmayanlar az deyil.

Halbuki Onun varlığının sübutunu çox aramaq gərək deyil.

Əgər Tanrı olmasaydı, kimsə bizi "Bəyaz gecələr"in davamından və ya pop-müğamın hip-hop+muğama çevrilmə eksperimenlərinin davamından hifz etməzdi.

Tanrı olmasaydı, hər tindən Rəqsanənin yeni mahnıları səslənərdi. Səsi dəyişmək istəsəniz daha pisi səslənərdi.

Məsələn, Pərviz Bülbülənin və ya Damlanın yeni ekzersisləri kimi. Bir sözlə, Manıs-apokalipsis olardı. Yəni "Day M". İndisə keçək əsas məsələyə.

Xəbəriniz var yəqin, bu il "Matris" filminin 20 yaşı tamam oldu.

Bəs sonra?

"South Park"ın da 20 yaşıdır.

"Doqma"nın.

"Blerdən olan cadugər"in. "Amerikan piroq"unun. Yəni o filmdə yeniyetmə yaşlarında baxanlar indi Stiflerin anası yaşındadı.

Zemfiranın ilk albomunun 20 yaşı tamam oldu.

20 il nədir ki.. Yeniyetmələr 20 il əvvəl böyüklərə üsyan edirdilərsə, indi onların öz dövrləri var. Xatırlayıb, köks ötürmək üçün.

O yeniyetmələrdi təhsilini bitirib işləməyə getdi.

(adsgarden = window.adsgarden || []).push({});