Bakıda kürəkən itkin düşən 81 yaşlı qayınanasını axtarır


Digərləri 09 Sen 2019 20:44:00 205 0

Bakıda kürəkən itkin düşən 81 yaşlı qayınanasını axtarır

Bakıda yaşlı qadın itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə polisə paytaxtın Xətai rayonu, X.Məmmədov küçəsi ev 4-a, mənzil 70-də yaşayan Aslanov Murad İlyas oğlu məlumat verib.

Məlumatda bildirilir ki, onunla birlikdə yaşayan qayınanası - 1938-ci il təvəllüdlü Səlimova Lidya Cavad qızı sentyabrın 2-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.