Turşuları necə hazırlayaq ki qışda zəhərlənməyək?


Digərləri 09 Sen 2019 20:39:00 222 0

Turşuları necə hazırlayaq ki qışda zəhərlənməyək?

Hazırda xanımlarımız qışa hazırlıq məqsədi ilə ev şəraitində turşular, şorabalar tədarüki ilə məşğuldurlar. Bəzi yarıfabrikatlar, konservlər da (badımsan salatı, ikrası, leço kimi hazırlıqlar) hazırlanaraq qışa saxlanılır. Qışda isə dəfələrlə "turşudan zəhərlənmə" xəbərləri yayılır. Hətta bəzi hallarda zəhərlənmə ölümlə nəticələnib. Bəs necə edək ki, bu kimi hallar olmasın?

Son.az bildirir ki, Lent.az-ın əməkdaşı bu istiqamətdə qısa araşdırma aparıb.

Turşunun doğru bağlanma üsulunu müəyyənləşdirmək üçün Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktor müavini Ceyran Əsgərova ilə əlaqə saxladıq.

Mövzu ilə bağlı danışan C.Əgərova bildirib ki, öncə turşu hazırladığımız meyvə və ya tərəvəzin təmizliyinə diqqət edilməlidir:

"İlk növbədə hansı məhsuldan turşu bağlayırıqsa, onun dərmansız təbii olmasına fikir verməliyik. Sonra məhsullar tər-təmiz yuyulmalıdır. Meyvə və ya tərəvəzi yuyarkən onu bir az islaqda saxlayıb, sonra yumaq lazımdır. Belə ki, üzərilərində kiçik torpaq qalsa belə o zəhərlənməyə kifayət qədər şərait yarada bilər. Və turşularda duzu az istifadə etmək düzgün deyil. Duz və sirkə mütləq qədərində tökülməlidir. Daha sonra turşunu bağlayacağımız qabı, istər banka və ya balon olsun 100 dərəcə istidə sterilizə etmək lazımdır. Daha sonra qapağını möhkəm bağlayıb, düzgün şəraitdə saxlanılmalıdır".

Kulinar bildirir ki, bankalar mütləq sərin yerdə saxlanılmalıdır.

Bu mövzu ilə bağlı söhbət etdiyimiz terapevt Coşqun Məmmədli də diqqət çəkən məqamlara toxundu.

(adsgarden = window.adsgarden || []).push({});