Ərdoğan ABŞa vaxt verdi:


Dünya 09 Sen 2019 20:29:00 232 0

Ərdoğan ABŞa vaxt verdi:

Sentyabr ayı bitmədən əsgərlərimizlə birgə əməli olaraq təhlükəsiz zonasının yaradılması işlərini başlatmasaq, o zaman öz yolumuzla getməkdən başqa çarəmiz qalmayacaq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu iş nümayiş xatirinə 3-5 helikopterlə, bir neçə yüz əsgərin bölgədə yerləşdirilməsi ilə olan deyil. Oradakı 1 milyon insanın təhlükəsizliyini təmin etmək üçün bütün bölgəni təhlükəsiz vəziyyətə gətirməliyik. Bunun üçün nə qədər güc lazımdırsa, o qədər də istifadə etməyə hazırıq. Bölgə əhalisi onsuz da bizimlədir", - deyə Ərdoğan bildirib.

Türk lider onu da əlavə edib ki, ABŞ məhz PKK-YPG üçün təhlükəsiz zona yaratmağa cəhd edir.