Azərbaycan şirkətlərinin Türkiyədəki kapitalı nə qədərdir?


Digərləri 09 Sen 2019 20:14:00 215 0

Azərbaycan şirkətlərinin Türkiyədəki kapitalı nə qədərdir?

Bu ilin yanvar-iyul aylarında Türkiyədə Azərbaycan kapitalı olan 109 şirkət qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 şirkət çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.

Məlumatda bildirilir ki, 2019-cu ilin yeddi ayı ərzində Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 15,278 milyon türk lirəsi olduğu halda, 2018-ci ilin eyni dövründə bu rəqəm 33,919 milyon türk lirəsi təşkil edib.

Qeyd edilib ki, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti, ümumi kapitalı 11,521 milyon türk lirəsi olan İstanbulda (89 şirkət) qeydiyyata alınıb.

Göstərilən müddətdə Türkiyənin Antalya vilayətində Azərbaycan kapitalı ilə 8 şirkət qeydiyyata alınıb. Bu ilin yeddi ayı ərzində Antalya əyalətində qeydə alınan Azərbaycan şirkətlərinin ümumi kapitalı 1,777 milyon lirə təşkil edib.