Erməni İŞİDçiyə ağır cəza:


Dünya 09 Sen 2019 20:19:00 212 0

Erməni İŞİDçiyə ağır cəza:

Moskva Hərbi Məhkəməsi Ermənistan vətəndaşını yetkinlik yaşına çatmayan şəxsi İslam Dövləti terror təşkilatının (İŞİD) fəaliyyətinə cəlb etməkdə təqsirli bilib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Bürosunun (FSB) yaydığı məlumatda adı açıqlanmayan yeniyetmənin Suriyaya döyüş əməliyyatlarında iştirak etmək üçün getdiyi bildirilib.

Adı bu məsələdə hallanan Ermənistan vətəndaşı Aşot Qriqoryan oğurluq və soyğunçuluq ittihamı ilə 10 il azadlıqdan məhrum edilmişdi.

A.Qriqoryanın qanunsuz fəaliyyəti ilə bağlı aparılan növbəti araşdırma zamanı adı İŞİD terror təşkilatının fəaliyyətinə qarışması, onun təsiri altına düşərək terrorçuların hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya getməsi ilə bağlı yeni fakt aşkar edilib.

Bundan sonra onun barəsində çıxarılmış hökmə əlavə edilən müvafiq ittihamlar üzrə cəzası 4 il artırılıb.