Balıq alarkən nələrə diqqət etmək lazımdır?


Digərləri 09 Sen 2019 20:09:00 267 0

Balıq alarkən nələrə diqqət etmək lazımdır?

D vitamini ilə zəngin balığın mövsümü artıq başlayır. Bəs, balıq alarkən nəyə diqqət etmək lazımdır?

Son.az ARB TV-yə istinadən xəbər verir ki, mövsümün başlaması ilə əlaqədar piştaxtaları hazırda kütüm, kilkə, forel, xanı, sazan, sudak, ferj kimi balıqlar bəzəyir. Keçən illə müqayisədə balığın qiymətində böyük fərq yoxdur. Qiymətlər balığın növünə görə dəyişir.

Hüseyn Vəliyev - Satıcı: "Bu xanı balığıdır, qiyməti 5 manatdır, sazan balığı var 7 manatdır. 5-7 manat hər qiymətə var. Qiyməti münasibdir. Balıqlar Mingəçevirdən Nefçalafadan, Xəzərdən gətirilir".

Satıcılar deyirlər ki, məşhur Keşlə bazarında satdığımız balıqlar həm göldən, həm də dənizdən tutulur. Alıcılar qiymət ucuzluğuna görə daha çox göl balıqlarına üstünlük verirlər. Burada balıqların saxlanma şəraiti də alıcıları qane edir.

Hacıyev Faiq - Satıcı: "Suvarırıq, qoymuyuruq qurusun. Soyuducuya yığırıq. Daha sonra yerdəyişmə edirik ki, sərinlənsin. İki saatdan sonra sata bildiyimizi satılır. Axşama qədər satırıq saxlamırıq".

Daha çox hansı balıqlara tələbat var?

Səfər Əliyev - Satıcı: "Ucuzluğuna görə, biləmur, xanı kimi balıqlara üstünlük verilir. Bunlar təbii deyil, göllərdə yetişdirilir".

Balığın sağlamlığa faydalı olduğunu deyən alıcıların ən çox müraciət etdiyi növ kütümdür. Səbəb isə dadı ilə yanaşı bu növün qiymətinin aşağı olmasıdır.

Balıq alarkən ən çox nəyə diqqət edirsiniz?

Alıcı: "Xarici görkəminə. Təbii ki, büdcəmə də baxıram".