Müsəlman olan müğənni hicabla efirə çıxdı


Digərləri 09 Sen 2019 19:34:00 243 0

Müsəlman olan müğənni hicabla efirə çıxdı

2018-ci ilin payızında İslam dinini qəbul edən müğənni Şineyd O'Konner İrlandiyada "The Late Late Show"nun qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı efirə hicabla çıxıb. Bu, onun uzun fasilədən sonra ilk dəfə tamaşaçı qarşısına çıxdığı şou idi.

Şineyd müsəlman olduqdan sonra adını da dəyişib, Şəhida edib. O bildirib ki, İslam dinini qəbul etməsini "dəyişiklik" yox, "qayıdış" adlandırır:

"Quranı oxuduqdan sonra sən anlayırsan ki, hər zaman müsəlman olmusan, sadəcə, bunu qəbul etməmisən. Bu hal məndə də baş verdi. 52 yaşım var, fərqli bir İrlandiyada, hazırda olmayan bir şəraitdə böyümüşəm. Bura ənənələri olan bir yer idi. Hamı pis idi, Allahla ünsiyyətdən heç kim xoşbəxtlik tapmırdı. Bunun üçün əsl müsəlman olmalısan. Müsəlmanlar yeganə millətdir ki, onlar yer üzündə Allahdan başqa heç nəyə sitayiş etməyin düzgün olmadığına inanırlar".

(adsgarden = window.adsgarden || []).push({});