Arzu Nağıyev: "Belə konfranslar qlobal səviyyədə təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir"


Siyasət 09 Sen 2019 19:01:00 48 0

Arzu Nağıyev: "Belə konfranslar qlobal səviyyədə təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir"

Bakı şəhərində keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi baxımından çox məhsuldar olub.

Son.az bildirir ki, bunu Trend-ə Bakıda keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasının əhəmiyyətini şərh edərkən politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, tədbir iştirakçılarını Azərbaycan Prezidenti İlham Əliyev qəbul etdi və görüşdə çox mühüm əhəmiyyət kəsb edən məsələlərə toxundu:

"Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu gün dünyada baş verən proseslər, müxtəlif dövlətlərə olan təhdidlərin qarşısının alınması və bu məsələdə belə konfransların əhəmiyyəti ilə bağlı idi. Cənab Prezident iclas iştirakçılarına təbrik məktubu da ünvanladı. Təbrik məktubunda əsas məqamlara toxunan İlham Əliyev müasir dünyada sülhə və sabitliyə nail olmaq üçün hansı prioritet istiqamətlərdə işin vacib olduğundan, regional və qlobal təhlükələrin dəf edilməsi üçün dünya dövlətlərinin fəaliyyətlərinin koordinasiya edilməsinin zəruriliyindən bəhs etdi. Cənab Prezident bir daha qardaş türkidilli ölkələrin əlaqələrinin möhkəmlənməsinin Azərbaycan üçün də xüsusi önəm kəsb etdiyini vurğuladı. Eyni zamanda, dövlət başçısı regional təhlükəsizliyin təmin edilməsi üçün ekstremizmin, terrorçuluğun, separatçılığın, qeyri-qanuni miqrasiyanın, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması, transmilli cinayətkar qruplara qarşı mübarizənin daha da gücləndirilməsindən bəhs etdi".

Politoloq qeyd edib ki, cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir ki, bu gun Azərbaycan və onun xüsusi xidmət orqanları beynəlxalq təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaş olaraq qəbul edilir.

A.Nağıyev vurğulayıb ki, hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir: "Bu məqamlar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin də çıxışında öz əksini tapdı. Əsas məqamlardan biri də ilk dəfə konfransda müşahidəçi qismində iştirak edən Özbəkistanın daimi üzv olmaq üçün müraciət etməsi oldu. Konfransın qəbul etdiyi bəyanat bir daha göstərir ki, belə konfransların təşkil edilməsi bu gün istər qlobal, istər regional səviyyədə, istərsə də ölkələrin özlərinə qarşı yönələn təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir".

Qeyd edək ki, sentyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayevin, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovun rəhbərlik etdikləri nümayəndə heyətləri, eləcə də müşahidəçi qismində Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksəkvəzifəli əməkdaşı iştirak edib.

Yük avtomobili körpüdən çaya aşdı like
  • 09 Sen 18:59  
Dünya Yük avtomobili körpüdən çaya aşdı

Yük avtomobilinin sürücüsü motosikletə dəyməmək üçün körpünün kə

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 09 Sen 18:47  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Mədəndə FACİƏ like
  • 09 Sen 18:41  
Dünya Mədəndə FACİƏ

İranın şimalında yerləşən Mazandaran vilayətinin Nur rayonunun Çəmesta

arrow Ətraflı
Toyu olan müğənni Azərbaycandan köçdü like
  • 09 Sen 18:39  
Şou-biznes Toyu olan müğənni Azərbaycandan köçdü

Ötən ay toyu olan "Səs Azərbaycan" layihəsinin qalibi Emiliya Yaq

arrow Ətraflı
Peşə Təhsili üzrə Dövlət Agentliyində Apelyasiya Komissiyası yaradılır like
  • 09 Sen 18:34  
Digərləri Peşə Təhsili üzrə Dövlət Agentliyində Apelyasiya Komissiyası yaradılır

Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrin

arrow Ətraflı
Lənkəranda qədim maddi-mədəniyyət nümunələri aşkarlanıb like
  • 09 Sen 18:30  
Digərləri Lənkəranda qədim maddi-mədəniyyət nümunələri aşkarlanıb

Lənkəranın Sütəmurdov kəndində həyətyanı sahədə su quyusundan qədim

arrow Ətraflı
İtkin düşən Xaçmaz sakini Qubada tapildi like
  • 09 Sen 18:29  
Kriminal İtkin düşən Xaçmaz sakini Qubada tapildi

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Son.az-a verilən məlumata g

arrow Ətraflı
AŞ PA məruzəçisi Azərbaycana səfərini başa vurub like
  • 09 Sen 18:27  
Siyasət AŞ PA məruzəçisi Azərbaycana səfərini başa vurub

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçisi Torild Sunna

arrow Ətraflı
Peşə təhsili müəssisələrinə qeydiyyat sabah yekunlaşır like
  • 09 Sen 18:24  
Digərləri Peşə təhsili müəssisələrinə qeydiyyat sabah yekunlaşır

Sentyabrın 10-da 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələ

arrow Ətraflı
Meksikada daşqın zamanı gənc qızın ölüm anı like
  • 09 Sen 18:19  
Digərləri Meksikada daşqın zamanı gənc qızın ölüm anı

Sosial şəbəkələrdə Meksikanın Sinaloa ştatının Kulyakan şəhərində

arrow Ətraflı
AŞ PA məruzəçisi Azərbaycana səfərini başa vurub like
  • 09 Sen 18:18  
Digərləri AŞ PA məruzəçisi Azərbaycana səfərini başa vurub

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçisi Torild Sunna

arrow Ətraflı