Mikroavtobus dərəyə aşdı - 5 nəfər öldü


Digərləri 09 Sen 2019 19:08:50 212 0

Mikroavtobus dərəyə aşdı - 5 nəfər öldü

İranın qərbində yerləşən Lorestan vilayətinin Əliqudərz rayonunda mikroavtobus dərəyə aşıb.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Lorestan vilayətinin Əliqudərz rayonunda mikroavtobus dərəyə aşıb. Trend-in məlumatına görə, bunu İranın Lorestan vilayətinin Əluqudərz rayonunun qubernatoru Həmid Kəşküli deyib. H.Kəşkülinin sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanıb. Qubernator əlavə edib ki, yaralılar vertolyot və təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.