Mədəndə FACİƏ


Dünya 09 Sen 2019 18:41:00 289 0

Mədəndə FACİƏ

İranın şimalında yerləşən Mazandaran vilayətinin Nur rayonunun Çəmestan məntəqəsində daş-kömür mədənində partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Mazandaran vilayəti təcili yardım idarəsinin sözçüsü Zəkəriyya Əşkpur deyib.

Z.Əşkpurun sözlərinə görə, ötən gün baş verən hadisə nəticəsində bir fəhlə həlak olub, daha biri yaralanıb.

İdarə rəsmisi əlavə edib ki, yaralı xəstəxanaya çatdırılıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.