Yük avtomobili körpüdən çaya aşdı


Dünya 09 Sen 2019 18:59:00 240 0

Yük avtomobili körpüdən çaya aşdı

Yük avtomobilinin sürücüsü motosikletə dəyməmək üçün körpünün kənarınakı səkini qıraraq çaya düşüb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Çində qeydə alınıb.

Ağ rəngli motosiklet naşı şəkildə körpüyə çıxıb. Əsas yoldan irəliləyən yük maşını isə motosiklet və onun qarşısında hərəkət edən qara rəngli avtomobilə dəyməmək üçün körpünün kənarındakı dəmirləri qıraraq çaya aşıb.

Bununla belə son anda avtomobil motosikletə dəyib və nəticədə motosikletdə bir nəfər yaralanıb. Çaya düşən yük avtomobilinin sürücüsü isə ağır yaralanıb.

(adsgarden = window.adsgarden || []).push({});