XİN: Gürcüstan Dağlıq Qarabağda qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” tanımır


Digərləri 09 Sen 2019 18:07:53 223 0

XİN: Gürcüstan Dağlıq Qarabağda qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” tanımır

Gürcüstan Dağlıq Qarabağda qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” tanımır

Bakı. Ləman Zeynalova - Gürcüstan Dağlıq Qarabağda qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” tanımır. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstəyini bir daha ifadə etməklə, Gürcüstan Xarici İşlər Nazirliyi 2019-cu il sentyabrın 8-də Dağlıq Qarabağda keçirilmiş qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” və onun nəticələrini tanımır.