"AccessBank" dövlət layihələrinə dəstək verməyə davam edir!


Digərləri 09 Sen 2019 17:33:07 282 0

"AccessBank" dövlət layihələrinə dəstək verməyə davam edir!

"AccessBank" və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

Bakı. "AccessBank" və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. Trend-in məlumatına görə, sənədi AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov və Dövlət Toxum Fondunun sədri Emin Əliyev imzalayıblar. Protokola əsasən, tərəflər ticarət imkanlarının araşdırılması, təcrübə mübadiləsi, birlikdə treninqlərin keçirilməsi kimi sahələrdə əməkdaşlıq edəcəklər. Protokolun imzalanmasını şərh edən Anar Həsənov bildirib: "Bankımız dövlət qurumları ilə məhsuldar əməkdaşlıq etməklə, iqtisadiyyatın müxtəlif sahələrinin, xüsusilə aqrar sektorun inkişafına dəstək verməyə davam edir. Dövlət Toxum Fondu ilə imzalanan Niyyət Protokolu bir daha göstərir ki, biz bu əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Şübhəsiz ki, bu əməkdaşlıqdan ən çox aqrar sektorda fəaliyyət göstərən sahibkarlar və fermrərlər qazanacaq".