Bu gün Azərbaycan, İran, Türkiyə və Hindistanda baş verən zəlzələlərin əlaqəsi varmı? (ÖZƏL)


Digərləri 09 Sen 2019 17:20:00 202 0

Bu gün Azərbaycan, İran, Türkiyə və Hindistanda baş verən zəlzələlərin əlaqəsi varmı? (ÖZƏL)

Bu gün səhər saatlarında Azərbaycanın Masallı rayonunda baş vermiş zəlzələnin qonşu İranda, Türkiyədə, eləcə də Hindistanda və Pakistanda baş vermiş zəlzələlərlə heç bir əlaqəsi yoxdur.

Bakı. İlhamə İsabalayeva - Bu gün səhər saatlarında Azərbaycanın Masallı rayonunda baş vermiş zəlzələnin qonşu İranda, Türkiyədə, eləcə də Hindistanda və Pakistanda baş vermiş zəlzələlərlə heç bir əlaqəsi yoxdur. Bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, Masallıdakı zəlzələ zamanı xırda təkanlar qeydə alınıb: “Belə zəif təkanlar Azərbaycan ərazisində həmişə baş verir. Bu gün Azərbaycan ərazisində təqribən 17, dünən isə 20-dən çox təkan qeydə alınıb. Belə təkanlar Yer daxilində gedən geodinamik proseslərin nəticəsidir. Sadəcə olaraq, mərkəzin texnki imkanları böyük olduğu üçün Yer daxilində gedən bütün proseslər izlənilir və belə xırda təkanların hamısı qeydə alınır”.