Gəncədə heyvanların daxili orqanları və dərisini antisanitar şəraitdə emal edən sex aşkarlandı (FOTO)


Digərləri 09 Sen 2019 17:26:00 178 0

Gəncədə heyvanların daxili orqanları və dərisini antisanitar şəraitdə emal edən sex aşkarlandı (FOTO)

AQTA Gəncədə heyvanların daxili orqanları və dərisini antisanitar şəraitdə emal edən sex aşkarladı

Bakı. Samir Əli - Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində monitorinqləri davam etdirir. Agentlikdən Trend-ə verilən məlumata görə, həyata keçirilən monitorinqlər çərçivəsində qurumun əməkdaşları tərəfindən Gəncə şəhəri, Ə. Əliyev küçəsi, ev 307 a ünvanında fəaliyyət göstərən fiziki şəxs Zeynalov Əkbər İbrahim oğluna məxsus müəssisəyə baxış keçirilib. Baxış zamanı məlum olub ki, sexdə iri və xırdabuynuzlu heyvanların dərisinin qəbulu, ilkin emalı, tədarükü və daxili orqanlarının təmizlənməsi prosesi texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət olunmadan həyata keçirilir.