Sahibkarın Baş Gömrük İdarəsində özünü yandırması yalandır DGK


Digərləri 09 Sen 2019 17:02:00 39 0

Sahibkarın Baş Gömrük İdarəsində özünü yandırması yalandır  DGK

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Mədət Quluzadə adlı sahibkarın guya gömrük orqanlarında qarşılaşdığı "haqsızlıqlara" etiraz olaraq Bakı Baş Gömrük İdarəsinin qarşısında özünü yandırması, Komitə rəhbərliyinin məhz bu məsələ ilə bağlı dərhal hadisə yerinə gəlməsi barədə həqiqətdən uzaq, şəxsi təxəyyülün "məhsulu" olan uydurma məlumatlar yayımlanıb.

Bu barədə Son.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Komitə bildirir ki, yayılan məlumatlar tamamilə yalandır və Bakı Baş Gömrük İdarəsinin qarşısında belə bir hadisə baş verməyib.

Xatırladaq ki, sentyabrın 7-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti strukturların rəhbərləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olublar və hər iki qurumda xidməti müşavirə keçirilib.

Komitə sədri, eyni zamanda sahibkarlarla da görüşüb, onların gömrük işinin təşkilinə dair fikir və təkliflərini dinləyib. Həmin əsnada Mədət Quluzadə adlı şəxs də Dövlət Gömrük Komitəsinin sədrinə yaxınlaşıb və onun da müraciətini dinləyən Komitə sədri Səfər Mehdiyev Mədət Quluzadəyə qanunvericiliyin tələblərini izah edib və bu tələblərə əməl etməyin vacibliyini diqqətə çatdırıb.

Konkret olaraq Mədət Quluzadə adlı sahibkarın gömrüklə bağlı narazılığına gəlincə bildiririk ki, "Ulduz Elektron" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Quluzadə Mədət Pənah oğlunun Dövlət Gömrük Komitəsinə qarşı mətbuatda irəli sürdüyü ittihamlar həmin hüquqi şəxsin ünvanına 10.03.2013-cü il tarixdə İran İslam Respublikasından göndərilən yüklərin müşayiət sənədlərində çatışmazlıqlar aşkar olunduğundan gömrük orqanları tərəfindən saxlanılmış malların təhvil verilməsi tələbinə dair iddianın təmin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının icrası ilə bağlıdır.

Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarının icrası ilə bağlı Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin hüquqi varisinin müəyyən edilməsi barədə Dövlət Gömrük Komitəsinə sorğu daxil olub. Dövlət Gömrük Komitəsinin 08.08.2019-cu il tarixli məktubu ilə sorğuya cavab verilib və sorğuda "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Strukturu"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13.07.2018-ci il tarixli 201 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə 2018-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən struktur islahatların aparılması, Astara Gömrük İdarəsinin və digər gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsinin təşkil edilməsi və Astara gömrük postunun yeni yaradılmış Cənub Ərazi Baş Gömrük İdarəsinin tərkibində struktur bölmə olmaqla Astara Gömrük İdarəsinin hüquqi varisi hesab edilməməsi qeyd olunub.

Lakin bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Astara Gömrük İdarəsinin hüquqi varisi müəyyən edildikdən və bu barədə Dövlət Gömrük Komitəsinə müvafiq icra sənədi daxil olduqdan sonra sözügedən məhkəmə qərarının icrası istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri tədbirlər görüləcək və bu haqda Mədət Quluzadəyə ətraflı məlumat verilib.

Vətəndaş tərəfindən qaldırılan ikinci məsələyə gəlincə isə qeyd edək ki, "Ulduz-Elektron" MMC tərəfindən İran İslam Respublikasından altı yük nəqliyyat vasitəsi ilə idxal olunan 150790 kiloqram çəkidə, gömrük dəyəri 36960.50 manat təşkil edən 8462 m2 ölçüdə "Sorena" markalı keramik plitələr (kafel) yükünə dair 27.08.2019-cu il tarixdə 01191000241511 nömrəli gömrük bəyannaməsi təqdim olunub. Bəyannamədə göstərilən məlumatların yoxlanılması zamanı idxal olunan yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə mal kodunun bəyannaməçi tərəfindən düzgün bəyan olunmaması aşkar edilib.

Azərbaycan Turizm Bürosu hər ay fotomüsabiqə keçirəcək like
  • 09 Sen 17:00  
Digərləri Azərbaycan Turizm Bürosu hər ay fotomüsabiqə keçirəcək

Azərbaycan Turizm Bürosu cari ilin sentyabr ayından etibarən fotomüsabiqəl

arrow Ətraflı
33 yaşlı qonşusunu öldürüb, qızıllarını oğurladı like
  • 09 Sen 16:59  
Kriminal 33 yaşlı qonşusunu öldürüb, qızıllarını oğurladı

Bakıda oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirilən Kən

arrow Ətraflı
Siyəzəndə “Range Rover” aşdı, ölən var like
  • 09 Sen 16:58  
Digərləri Siyəzəndə “Range Rover” aşdı, ölən var

Siyəzən şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Narkobaronlara qarşı əməliyyat: "Meşə kralı" ələ keçdi like
  • 09 Sen 16:55  
Kriminal Narkobaronlara qarşı əməliyyat: "Meşə kralı" ələ keçdi

Balakəndə polisin keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin

arrow Ətraflı
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb like
  • 09 Sen 16:53  
Digərləri Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempio

arrow Ətraflı
Röyanın trend olan mahnısı plagiat çıxdı like
  • 09 Sen 16:50  
Şou-biznes Röyanın trend olan mahnısı plagiat çıxdı

Əməkdar artist Röya Ayxanın "Səni sevmək mənə çox yaraşır"

arrow Ətraflı
Kəşmirdə güclü zəlzələ oldu like
  • 09 Sen 16:45  
Dünya Kəşmirdə güclü zəlzələ oldu

Kəşmirdə güclü zəlzələ baş verib.

arrow Ətraflı
DGK: Sahibkarın Baş Gömrük İdarəsində özünü yandırması yalandır (FOTO) like
  • 09 Sen 16:45  
Digərləri DGK: Sahibkarın Baş Gömrük İdarəsində özünü yandırması yalandır (FOTO)

Bakı Baş Gömrük İdarəsinin qarşısında belə bir hadisə baş verməyib.

arrow Ətraflı
Azərbaycan Premyer Liqasında V turun oyun cədvəli məlum oldu like
  • 09 Sen 16:43  
İdman Azərbaycan Premyer Liqasında V turun oyun cədvəli məlum oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun oyun cədvəli məlum o

arrow Ətraflı
Sabirabadda qarayara xəstəliyinin törədicisini müəyyən etmək üçün araşdırmalar başlandı like
  • 09 Sen 16:40  
Digərləri Sabirabadda qarayara xəstəliyinin törədicisini müəyyən etmək üçün araşdırmalar başlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabad rayonu Qaragüney

arrow Ətraflı
Builki şagirdlərin çoxu oğlanlar olacaq like
  • 09 Sen 16:36  
Digərləri Builki şagirdlərin çoxu oğlanlar olacaq

2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasə

arrow Ətraflı
Soros və ermənilərin yeni oyunu: terrorçulara silahı kim satır, kim verir? like
  • 09 Sen 16:34  
Siyasət Soros və ermənilərin yeni oyunu: terrorçulara silahı kim satır, kim verir?

Bolqar jurnalist Dilana Qaytanciyevanın Balkan ölkələrindən Yaxın Şərqd

arrow Ətraflı
İtkin düşən Xaçmaz sakini Qubada tapıldı like
  • 09 Sen 16:34  
Digərləri İtkin düşən Xaçmaz sakini Qubada tapıldı

Sentyabrda itkin düşən 25 yaşlı Xaçmaz sakini Qubada tapılıb.

arrow Ətraflı
Peşə Təhsili üzrə Dövlət Agentliyində Apelyasiya Komissiyası yaradılır like
  • 09 Sen 16:29  
Digərləri Peşə Təhsili üzrə Dövlət Agentliyində Apelyasiya Komissiyası yaradılır

Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrin

arrow Ətraflı