Röyanın trend olan mahnısı plagiat çıxdı


Şou-biznes 09 Sen 2019 16:50:00 264 0

Röyanın trend olan mahnısı plagiat çıxdı

Əməkdar artist Röya Ayxanın "Səni sevmək mənə çox yaraşır" adlı son layihəsinin plagiat olduğu iddia edilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin ötən ayın sonunda təqdim etdiyi mahnı fars musiqiçilərindən bəhrələnərək ərsəyə gəlib. 

Trenddə 19-cu yerdə olan sözügedən musiqi İranda məşhur olan "Evan Band (E 1)" qrupunun "Alijenab" albomunda yer alan bəstələrdən biridir. Hossein Sharifi və Foad Ghafaridən ibarət qrupun ifa etdiyi əsər "Zibaye Man" adlanır və bu ilin may ayında "Persian Media Group"un "Youtube" hesabında paylaşılıb. 

"Zibaye Man" bu günədək iki milyondan çox baxış toplayıb, müəllifləri Foad Ghafari və Hadis Dehghandır. Lakin Əməkdar artistin layihəsinin müəllifinin Fərid Ağa olduğu vurğulanıb. 

Qafqazinfo bildirir ki, hər iki mahnı arasında oxşarlıq çoxdur, demək olar ki, eynilik təşkil edir. Bəstənin başlanğıcı, sonu eynidir, "Zibaye Man"a Azərbaycan dilində  sözlər bənd edildiyi üçün musiqidə avtomatik olaraq dəyişiklik hiss olunur. Fərid Ağa musiqinin əsas melodiyası üzərində "Səni sevmək mənə çox yaraşır"ı yaradıb. 

Həmçinin R.Ayxan "re minor"da, iranlı gənclər isə "re diyez minor"da ifa ediblər. Əməkdar artist mahnını fərqli oxusa da, harmoniya eynidir.