Vyanada Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri dəfilədə təqdim edilib


Kriminal 09 Sen 2019 16:32:00 613 0

Vyanada Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri dəfilədə təqdim edilib

Vyanada "Mədəniyyətlərarası bağlılığın uzun gecələri" mədəniyyət həftəsində müxtəlif ölkələrin milli geyimlərindən ibarət "Dünyanın geyimləri" adlı dəfilə təşkil edilib.

Son.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzininin təşkilatçılıgı ilə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri də dəfilədə təqdim edilib. Azərbaycanlı dizaynerin milli geyimlərdən ibarət kolleksiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kolleksiyada Azərbaycanın müxtəlif regionlarının (Qarabağ, Bakı, Gəncə-Qazax) yüksək bədii ustalıqla tikilmiş kişi və qadın geyimləri də sərgilənib.

Tədbirin moderatoru iştirakçılara dizaynerin yaradıcılığı və onun rəhbəri olduğu Gülnarə Xəlilova Moda Evi və Azərbaycan Milli Geyim Mərkəzin barədə məlumat verib, Azərbaycan milli geyimlərinin moda sərgisində nümayişi üçün göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə və rəhbəri Leyla Qasımovaya təşəkkürünü bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin də tərəfdaş kimi qoşulduğu həftə ərzində milli rəqs və geyimlərə həsr olunmuş tədbirlər, qadınların cəmiyyətdə roluna dair podium diskussiyası və qala gecəsi keçirilib. Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) həyata keçirdiyi tədbirlərdə ümumilikdə 60-dək ölkənin nümayəndəsi iştirak edib.

(adsgarden = window.adsgarden || []).push({});