Bakıda üç yaşlı uşaq beşinci mərtəbədən yıxıldı


Digərləri 09 Sen 2019 16:00:00 227 0

Bakıda üç yaşlı uşaq beşinci mərtəbədən yıxıldı

Sabunçu rayonunda üç yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 7-də, 19:00 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1V ünvanında baş verib. 

2016-ci il  təvəllüdlü Hüseynova Ayan Elnur qızı yaşadığı binanın beşinci mərtəbəsindən yıxılaraq xəsarət alıb. 

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.