Bakıda iki qadın intim görüntüləri ilə şantaj edildi


Kriminal 09 Sen 2019 16:27:00 266 0

Bakıda iki qadın intim görüntüləri ilə şantaj edildi

Bakının Səbail rayonunda iki qadın intim görüntüləri ilə şantaj edilib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakinləri R.Babaşova və Ö.Bağırova bir kişi tərəfindən şantaj olunmaları barədə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət ediblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hər iki qadına hədə-qorxu gələrək, onlardan pul almaqda şübhəli bilinən Ağdam rayon sakini K.Baxşıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.