Adını dəyişdi, nazir müşaviri oldu...10 min insanın gözü qarşısında asıldı


Dünya 09 Sen 2019 16:14:00 257 0

Adını dəyişdi, nazir müşaviri oldu...10 min insanın gözü qarşısında asıldı

Tarixdə  müharibənin taleyini həll edə bilən qeyri-leqal kəşfiyyatçılar az olmayıb. 

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bunlardan biri də Eli Koendir. İsrail kəşfiyatının əməkdaşı olan Eli Koen Suriya rəhbərliyinin etimadını qazanaraq, generalitetlə dostluq edərək, illərlə Suriyanın ən məxfi məlumatlarını öz ölkəsinə ötürüb. Məhz sionist kəşfiyyatçının fəaliyyəti nəticəsində İsrail məşhur "Altı günlük" müharibədən qalib çıxıb.

Yaxın Şərqin Ceyms Bondu Eli Koenin həyat yolu və fəaliyyəti İsrailin gələcək qəhrəman oğlu İsrail dövləti və "Mossad" mövcud olmadığı bir zamanda, 1924-cü ildə dindar yəhudi ailəsində dünyaya gəlib. Ailədə Elidən başqa daha 7 uşaq olub. Onu ailəsi İsrail dövləti yaranan kimi ora köçüb. 25 yaşlı Eli isə ailəsi ilə getməyərək, Misirdə qalır. Buna baxmayaraq Eli uşaq yaşlarından sionist və Yəhudi dövlətinin yaranma ideyasının  tərəfdarı olub.

Eli Koen ailələri köçdükdən sorna İsgəndəriyyədə 6 il yaşayaraq İsrail kəşfiyyatından verilən tapşırıqları yerinə yetirib. Misir xüsusi xidmət orqanları Eli Koenin rəhbərlik etdiyi şəbəkəni ifaç edən zaman, o, özünün günahsız olduğunu sübut edib. Bildirib ki, sadəcə, yaşadığı mənzili tanış yəhudilərə kirayəyə verib. Onların orada hansı işlər gördüyündən məlumatı olmayıb.

E.Koen kəşfiyyat məktəbini bitirərək 1955-ci ildə İsrailə köçür və burada fəaliyyətə başlayır. Süveyş böhranı zamanı xüsusi xidmət orqanlarının nəzarəti altına düşən E.Koen ölkəsinin xeyrinə iş görə bilmir. Nəticədə Misirlə münasibətlərin pozulması nəticəsində oradakı yəhudilərin əksəriyyəti İsrailə köç etməli olurlar.

Koen bundan sonra  xarici kəşfiyyatda işləməyi qərara alır. Onu ilk anlarda "Mossad"da işə götürmürlər. Bu zaman o, univermaqda mühasib işinə düzəlir və 1959-cu ildə iraqlı bir yəhudi qızla evlənir. Onu da qeyd edək ki, Koen ingilis, fransız və ərəb dillərini bilir. Bununla yanaşı onun çox yaxşı fotoqrafik yaddaşı olub.

"Mossad" onu sıralarına qəbul etməsə də, kəşfiyyat onun xidmətini yaddan çıxarmadığı üçün hərbi kəşfiyyat Koenin xidmətindən yararlanmaq qərarına gəlir. Hərbi kəşfiyyat sıralarına daxil olduqdan sonra "Mossad" a keçid edir. Nəhayət, Koen 1960-cı ildən etibarən "Mossad"ın agenti kimi məşqlərə başlayır. 9 ay müddətində ona mürəkkəb radiotexnika, şifrələrlə və digər hərbi texnikalarla bağlı məsələləri öyrədirlər. Ona, eyni zamanda, Suriya ərəblərinin dialektində danışmağı da öyrədirlər. Ona adını unutmaqnvə tamamilə başqa bir insan olmaq tapşırığı verilir. Ailəsi ilə vidalaşan Koen Argentinaya uçur. Hansı ki, XIX əsrdə orada böyük ərəb icması formalaşıb. Eli Koen Sürixdən Buenos-Ayresə gələn artıq Kamil Amin Taabet kimi gəlir. O, valideynləri tərəfindən böyük həcmdə varidatı olan bir suriyaəsilli biznesmen kimi gəlir. Qısa zamanda ispan dilini də öyrənən kəşfiyyatçı ətrafındakıları tez bir müddətdə inandırmağa çalışır ki, guya o, 15 ildən çoxdur Latın Amerikasında yaşayır. Taabet  mütəmadi olaraq evində qonaqlıqlar təşkil edir. O, bir il ərzində ərəb diasporasının rəhbərləri ilə  yaxşı əlaqəyə girə bilir. Koen qısa zamanda özünü iş adamlarına, diplomatlara, jurnalistlərə, ən əsası da suriyalı hərbçilərə sevdirə bilir. Argentinaya dostlarının və qohumlarının yanına gələn suriyalı hərbçilər onu daha çox sevməyə başlayır. Gənc milyonçu tez bir zamanda  "Baas" partiyasının üzvü və zabiti Amin əl-Hafizlə dostlaşır. Amin əl-Hafiz həmin dövrdə Argentinada  Suriyanın hərbi atteşesi olub. 1963-cü ilin martında basistlər Suriyada hərbi çevriliş həyata keçirir.  Amin əl-Hafiz də inqilabın liderlərindən biri olduğundan onu Suriyanın prezidenti seçirlər.

Amin əl-Hafizin prezident seçilməsi ilə israilli kəşfiyyatıçının qarşısında qoyulan hədəflərə  nail olub və tapşırıqları yerinə yetirmək üçün "yaşıl işıq" yanır. Belə ki, Amin əı-Hafiz prezident seçildikdən sonra  gənc milyonçunun vaxtının çoxu Dəməşqdə keçir. Demək olar ki, gənc milyonçu ilin çoxunu burada yaşamalı olur.

Taabet Suriyanın siyasi elitasının etimadını qazandığından "Baas" Partiyasının qurultaylarında iştirak edir, çıxışların stenoqrafiyasını hazırlayır və kluarlardakı söhbətləri diqqətlə izləyir. 

O, Dəməşqdə Prezident qonaq evi və Ordu Baş qərargahı ilə üzbəüz mənzil kirayə tutur. İsrailli kəşfiyyatçı bu otağından Suriyanın yuxarı eşalon hərbçilərini və siyasilərini rahat izələyə bilir. O, eyni zamanda, bu otağından hansı otaqlarda daha çox müzakirələr və bunun nə qədər çəkdiyni getdiyini də rahatca izləyə bilib.

İsrail kəşfiyyatçı Dəməşqdə də olarkən Argentina praktikasından istifadə edərək qısa zamanda xeyli insanla əlaqələr qurur. O, əsasən suriyalı yuxarı çinli zabitləri ordu Baş qərargahının zabitləri ilə dostluq edir. Argentinada olduğu kim, yenə də evində mütəmadi olaraq ziyafətlər təşkil edir. Həmin  ziyafətlərdə spirtli içkilər verildiyindən zabitlər nə gəldi, uzun-uzadı danışıblar. Koen Suriya siyasi və hərbi elitasının etibarını qazandığından qısa bir müddətdən sonra müdafiə nazirinin müşaviri təyin olunur. Baxmayaraq ki, ərəblər bu faktı indi inkar edirlər. Kamil Amin Taabet öz istedadı nəticəsində onlarla hərbi obyektin fotosunu çəkərək, onların yerini yadında saxlayır. Bundan əlavə olaraq dövlətin gizli sirrlərini öyrənir. Əldə etdikləri məlumatları şifrələnmiş formada portativ radiötürücü vasitəsi ilə İsrailə ötürüb. O, yazılı məktubları isə gözəgörünməyən qələmlərlə yazaraq göndərib. Cavabları və yeni tapşırıqları isə müxtəlif yollarla, o cümlədən radio vasitəsi ilə "oxucuların xahişi ilə mahnılar" adı altında alıb. Koenin dəyərli məlumatları əsasında 3 il ərzində İsrail dövləti öz mövqelərini və təhlükəsizliyini möhkəmlətmiş olur. Koen 1964-cü ildə daha bir ciddi məlumat yollayır. O, Suriyanın İordan çayının məcrasının dəyişdirilməsi barədə planlarını İsrailə çatdırır. Suriya bu yolla İsrailin əsas su ehtiyat mənbəyindən məhrum etmək istəyirmiş. Məhz əldə edilən bu məlumatdan sonra İsrail Hərbi-Hava Qüvvələri Suriyanın bu planının qarşısını almaq üçün İordan çayında iş aparan texnikalarını bombalayaraq məhv edib.

(adsgarden = window.adsgarden || []).push({});