Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlandı


Digərləri 09 Sen 2019 15:33:00 249 0

Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlandı

Azərbaycanın Sabirabad rayonunda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

"Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb".

Qeyd edək ki, bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.