Bakıda daha iki marşrut xətti birləşdirildi (FOTO)


Digərləri 09 Sen 2019 15:33:00 246 0

Bakıda daha iki marşrut xətti birləşdirildi (FOTO)

Bakı Nəqliyyat Agentliyi optimallaşdırılma işləri çərçivəsində daha iki marşrut xəttini birləşdirib.

Bakı. Samir Əli - Bakı Nəqliyyat Agentliyi optimallaşdırılma işləri çərçivəsində daha iki marşrut xəttini birləşdirib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib. Sentyabrın 11-dən xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək. Məlumatda bilrdirilir ki, Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, Neftçilət m/st. və 8-ci km bazarı istiqamətinə gediş - gəlişin rahatlaşması, marşrut sayının optimallaşdırılması ilə Zabrat yolu və digər ərazilərdə yaranan nəqliyyat sıxlığının azalması, 168 və 186 nömrəli marşrutların bir-birini 24.5 km təkrarlamasını aradan qaldırmaq məqsədilə bu addım atılıb. Bununla da, kiçik tutumlu avtobuslar nisbətən iri tutumlu avtobuslarla əvəzlənmiş olacaq.