Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlandı


Digərləri 09 Sen 2019 15:23:00 202 0

Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlandı

Azərbaycanın Sabirabad rayonunda daha iki nəfərdə qara yara xəstəliyi aşkarlanıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanın Sabirabad rayonunda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib: "Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb".