Sevilla aparıcı oyunçularını Bakıya gətirməyə bilər
İdman 09 Sen 2019 15:07:00 231 0
UEFA Avropa Liqasında Qarabağ-ın rəqibi olan Sevilla bir neçə aparıcı oyunçusunu Bakıya gətirməyə bilər.
Buna səbəb həmin vaxt onları La Liqada çətin oyunların gözləməsidir.
15 sentyabr – 6 oktyabr tarixində 7 oyun keçirməli olan Sevilla bu tarixdə Real və Barcelona ilə də üz-üzə gələcək.
Baş məşqçi Xulen Lopeteqi bu vəziyyətdən narazıdır. Ehtimal olunur ki, çalışdırıcı aparıcı oyunçuları Bakıya gətirməyəcək. Çünki Qarabağ-la qarşılaşmadan 3 gün sonra Real-la üz-üzə gələcək.
Qeyd edək ki, Sevilla yığma komandaların növbəti oyunlarına qədər müvafiq olaraq Alaves (15 sentyabr), Qarabağ (19 sentyabr), Real (22 sentyabr), Eibar (26 sentyabr), Real Sociedad (29 sentyabr), APOEL (3 oktyabr) və Barcelona (6 oktyabr) ilə qarşılaşacaq. (qafqazinfo)
Mənbə: goal.az