Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi başlayıb


Digərləri 09 Sen 2019 15:16:00 219 0

Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi başlayıb

Komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək.

Bakı. Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün praktiki fəaliyyətlərə cəlb edilmiş birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən keçirilən komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin