Azərbaycan - Xorvatiya oyununa bilet qalıb?


Digərləri 09 Sen 2019 15:05:00 250 0

Azərbaycan - Xorvatiya oyununa bilet qalıb?

Bu gün futbol üzrə Avropa Cempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan-Xorvatiya oyununa 8 min bilet satılıb.

Bakı. Samir Əli - Bu gün futbol üzrə Avropa Cempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan-Xorvatiya oyununa 8 min bilet satılıb. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla deyib. Onun sözlərinə görə, demək olar ki, oyun üçün satışa buraxılan biletlərin böyük əksəriyyəti satılıb: "Oyun keçiriləcək stadion təxminən 10 min nəfərə qədər azarkeş qəbul etmək gücündədir. Bunun da bir hissəsində texniki məslələrlə bağlı işlər görüldüyündən stadion 9 minə yaxın azarkeş qəbul edə bilər. 8 mindən artıq bilet isə artıq satılıb. Günün sonuna qədər qalan biletlərin də satılacağı gözlənilir". F.Abdulla bildirib ki, oyunun keçirilməsi üçün stadionda bütün hazırlıqlar görülüb.