Vətəndaşları intim videolarla şantaj edən "Xalq ulduzu"na HÖKM OXUNDU FOTO


Kriminal 09 Sen 2019 14:44:00 375 0

Vətəndaşları intim videolarla şantaj edən "Xalq ulduzu"na HÖKM OXUNDU  FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində şantaj edərək hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirləndirilən Məmmədov Səfa Şəfa oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə  Səfa Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səfa Məmmədov qeyd edilən əməli G.Qasımovaya qarşı törədib. İlkin məlumata görə Məmmədov zərərçəkmişi əlində olan videogörüntülərlə şantaj edərək pul tələb edib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) və 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.