Gələn ay keçiriləcək əhalinin siyahıyaalınması ilə bağlı BU YENİLİKLƏR edilib


Digərləri 09 Sen 2019 14:27:22 197 0

Gələn ay keçiriləcək əhalinin siyahıyaalınması ilə bağlı BU YENİLİKLƏR edilib

2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı tətbiq ediləcək siyahıyaalma və sorğu vərəqələrində bir sıra yeniliklər öz əksini tapıb.

Bakı. İlhamə İsabalayeva - 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı tətbiq ediləcək siyahıyaalma və sorğu vərəqələrində bir sıra yeniliklər öz əksini tapıb. Trend-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsi sədrinin birinci müavini, iqtisad üzrə fəlsəfə doktoru Vahab Məmmədov deyib. Onun sözlərinə görə, siyahıyaalınmada istifadə olunacaq sorğu vərəqəsinə ilk dəfə olaraq əlilliyə dair suallar əlavə edilib. Bu suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna və əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatlar şəhər və rayonlar, eləcə də yaş qrupları üzrə əldə ediləcək. Bu da öz növbəsində, əlillərin sosial müdafiəsi və onların cəmiyyətə inteqrasiyası ilə bağlı dövlət siyasətinin inkişafı üçün zəruri məlumatlara olan tələbatın ödənilməsi səviyyəsini artıracaq. V.Məmmədov qeyd edib ki, inzibati ərazi vahidləri üzrə əmək ehtiyatlarının istifadəsini və əmək bazarında mövcud vəziyyəti daha dolğun təhlil etmək məqsədilə beynəlxalq metodoloji yanaşmalara əsaslanaraq sorğu anketinə işçi qüvvəsinin tərkibi və əhalinin məşğulluğuna dair bir sıra suallar daxil edilib: