Şəmkirdə qəzada faciəli şəkildə ölən şəxs bu müğənninin qardaşı imiş... FOTO


Digərləri 09 Sen 2019 13:44:00 250 0

Şəmkirdə qəzada faciəli şəkildə ölən şəxs bu müğənninin qardaşı imiş...  FOTO

Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub. Qəza zamanı avtobusda olan sərnişinlərdən bir nəfəri ölüb.

Son.az unikal.org-a istinadən xəbər verir ki, qəza nəticəsində ölən Lənkəran rayon sakini 1983-cü il təvəllüdlü Məhərrəmov Elburus Hüseyn oğlu müğənni Cəmil Əfəndinin qardaşıdır. Ailəli olan E.Məhərrəmovun bir qızı və bir oğlu var. O, bir neçə müddətdir ki, Türkiyə istiqamətində sərnişin daşıyan avtobusda sürücü köməkçisi işləyib.

Qeyd edək ki, bir neçə gün öncə Bakı-Qazax avtomobil magistral yolunun, Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə "SHAGMAN" markalı yük maşını ilə toqquşub.