"Sınıq körpü"nün bərpa işləri ilin sonuna kimi başa çata bilər (FOTO)


Digərləri 09 Sen 2019 13:41:00 200 0

"Sınıq körpü"nün bərpa işləri ilin sonuna kimi başa çata bilər (FOTO)

Ötən ilin əvvəllərindən bərpasına başlanılan “Sınıq körpü”də (Qırmızı körpü) müəyyən işlər artıq yekunlaşmaq üzrədir.

Bakı. Ceyhun Ələkbərov - Ötən ilin əvvəllərindən bərpasına başlanılan “Sınıq körpü”də (Qırmızı körpü) müəyyən işlər artıq yekunlaşmaq üzrədir. Bunu Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib. Onun sözlərinə görə, bərpa işləri tam sürətlə həyata keçirilir: "Hazırda körpünün uçmuş tağında bərpa işləri başa çatmaq üzrədir. Bundan başqa, körpünün üstü, yanları, karvansaray artıq torpaq qatından təmizlənib, körpünün fasadında, parapetində və üst örtüyündə bərpa işlərinə başlanılıb". F.Hüseynov əlavə edib ki, körpüdə nəzərdə tutulan bərpa işlərinin ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.