"Övladlarınız sizin övladlarınız deyil"


Şou-biznes 09 Sen 2019 13:39:00 246 0

"Övladlarınız sizin övladlarınız deyil"

Müğənni İradə İbrahimovanı sosial şəbəkədən sırf əyləncə, qazanc məqsədi üçün istifadə etməyən məşhurlarımızdan hesab etmək olar.

Son.az xəbər verir ki, xanım ifaçı son paylaşımı ilə bunu təsdiq edib.

İradə övladları ilə istirahət zamanı çəkilən fotolarını İnstaqram hesabından paylaşaraq çox vacib məsləyə toxunub:

"Övladlarınız sizin övladlarınız deyil, onlar öz yollarında addımlayan həyatın oğlu və qızlarıdır. Sizin sayənizdə gəldilər, amma sizinlə birlikdə olsalar belə sizin deyillər. Onlara düşüncələrinizi deyil, sevginizi verə bilərsiniz. Çünki onların öz düşüncələri var. Bədənlərini tuta bilərsiniz, ruhlarını yox. Siz onlar kimi ola bilərsiniz, amma qətiyyən onları sizin kimi olmağa məcbur etməyin. Çünki həyat geriyə qayıtmaz, dünənlə də heç bir işi olmaz. Siz yaysınız, uşağlarınız sizdən çox uzaqlara atılmış oxlar. Oxçu, sonsuzluq yolundakı hədəfi görər və o uca gücüylə yayı əyərək oxun çox uzaqlara uçmasına kömək edər. Oxatanın önündə sevinclə baş əyin, çünki oxatan uzaqlara gedən oxu sevdiyi qədər başını dik tutaraq qalan yayı da sevir. Nə qədər doğru fikirlər olduğunu bir daha düşünürəm.