61 yaşlı müəllim qız şagirdinə sinifdə TƏCAVÜZ ETDİ


Dünya 09 Sen 2019 13:12:00 322 0

61 yaşlı müəllim qız şagirdinə sinifdə TƏCAVÜZ ETDİ

Türkiyənin Konya şəhərində 2 il öncə 6-cı sinifdə oxuyan 9 qız şagirdini öpdüyü, onlara qarşı intim xarakterli hərəkətlər etdiyi iddiasıyla saxlanılan 3 uşaq atası olan Riyaziyyat müəllimi Orxan A. -ya (61) hökm oxunub.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, Riyaziyyat müəllimi 23 il 6 ay azadlıqdan məhrum edilib.

Orxan A. məhkəmə prosesinda müdafiə çıxışı zamanı "Bunları pis niyyətlə etmədim. Mən olayın bu həddə gəlib çıxacağını bilməzdim. Yanlış anlaşılacağımı düşünməmişdim" deyib.

İfadələri alınan 9 qız şagirddən biri "Dərsdə qucaqlayıb, öpürdü. "Çox şirinsən" deyirdi. Bu davranışlarını bir ata-övlad münasibəti kimi qəbul edirdik. Sonra elə olmadığını anladım" deyib. Bir başqa qız şagird müəllimin oğlan şagirdləri ilə pis, qızlarla yaxşı münasibətdə olduğunu idda edərək ''Əlini çiynimə atıb sinəmə sürtürdü" ifadəsini işlədib.