İspaniya Aİ-Azərbaycan sazişinin yaxın zamanlarda imzalanacağını gözləyir


Digərləri 09 Sen 2019 13:10:23 216 0

İspaniya Aİ-Azərbaycan sazişinin yaxın zamanlarda imzalanacağını gözləyir

İspaniya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin yaxın zamanlarda imzalanacağını gözləyir

Bakı. Ləman Zeynalova - İspaniya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin yaxın zamanlarda imzalanacağını gözləyir. Bunu Trend-ə İspaniyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada deyib. O bildirib ki, İspaniya hökuməti Azərbaycanla Aİ üzv ölkələri, o cümlədən rəsmi Madrid arasında ticarətin liberallaşması üzrə müvafiq bəndin yer aldığı yeni sazişin imzalanmasına ümid edir: “Ticarət bu gün kompleks siyasətdir. Məhz Aİ bütün üzv ölkələrin adından ticarət sazişləri üzrə danışıqlar aparır. Biz gözləyirik ki, saziş iki illik məhsuldar danışıqlar nəticəsində qısamüddətli perspektivdə imzalanacaq”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin