Kürdəmirdə ağır qəzada xəsarət alanların KİMLİKLƏRİ bilindi


Digərləri 09 Sen 2019 12:04:00 243 0

Kürdəmirdə ağır qəzada xəsarət alanların KİMLİKLƏRİ bilindi

Ötən gün Kürdəmir rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ağsu-Kürdəmir-İmişli yolunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınan qəzada iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Mərkəzi Rayon Xəstəxanasına çatırıblar.

Şüşün kənd sakini 1961-ci il təvəllüdlü Gülməmmədov Ramil İbrahim oğlu sağ baldır sümüklərinin qəlpəli sınığı, L1 fəqərələrin cismən qapalı sınığı, alnın əzilmiş-cırılmış yarası və Qaramahmud kənd sakini, 1994-cü il təvəllüdlü Eyyubov Rüfət Mürvət oğlu alnın əzilmiş, cırılmış yarası xəsarətləri alıblar.

Xəstələr bir müddət tibbi yardım aldıqdan sonra ambulator müalicəyə yola salınıblar.

Qeyd edək ki, qəzaya səbəb minik avtomobilinin qarşısına iribuynuzlu heyvanın çıxması olub.