Bakıya yağış yağacaq


Digərləri 09 Sen 2019 13:08:00 396 0

Bakıya yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.